“France 24” televiziya kanalına müsahibəsində deyib “France 24” televiziya kanalına müsahibəsində deyib
  • Paytaxt
  • 15 Oktyabr 2020 10:45
  •  6 840

Prezident: Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik

“France 24” televiziya kanalına müsahibəsində deyib

Təkcə Türkiyədən əldə etdiyimiz dronlar vasitəsilə biz Ermənistanın bir milyard dollar dəyərində hərbi texnikasını məhv etmişik, yalnız dronlar vasitəsilə.

AzNews.az xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev “France 24” televiziya kanalına müsahibəsində deyib.

Dövlət başçısı bildirib: "Əlbəttə, bildiyiniz kimi, biz başqa mənbələrdən olan dronlardan da istifadə edirik. Biz artilleriyadan istifadə edirik, geniş çeşiddə hərbi avadanlıqdan istifadə edirik. Lakin təkcə dronlar Ermənistana 1 milyard dollar ziyan vurub. Bu, onlar üçün ciddi ziyandır. Mənə maraqlıdır onlar bütün bu avadanlığı almaq üçün bu qədər pulu haradan tapıblar, çox güman ki, onu pulsuz əldə ediblər".