Bakıda mağazanı talayan şəxs kameraya düşdü - VİDEO

Paytaxtın Nizami rayonu ərazisində yerləşən marketlərin birindən oğurluq edilib.

AzNews.az xəbər verir ki, naməlum şəxs obyektə daxil olaraq kassadakı nağd pul vəsaitini, lotereya biletlərini və müxtəlif növ tütün məmulatlarını talayıb. Hadisə zamanı zərərçəkənə 5 min manata yaxın maddi ziyan vurulub.

Nizami Rayon Polis İdarəsi 24-cü Polis Şöbəsinin keçirdiyi tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 32 yaşlı Fərid Ağayev müəyyən edilərək saxlanılıb.

Araşdırma aparılır.