"Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir” "Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”
  • Paytaxt
  • 27 Oktyabr 2020 17:00
  •  4 198

Azərbaycan XİN Pakistana başsağlığı verdi

"Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”

“Pakistanın Peşavar qəsəbəsindəki mədrəsələrə terror hücumu, uşaqlar da daxil olmaqla günahsız insanların öldürülməsi və yaralanması xəbəri bizi çox kədərləndirib”.

AzNews.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "Twitter" səhifəsində qeyd olunub.

“Qurbanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik. Azərbaycan terrorizmin bütün formalarını və təzahürlərini qətiyyətlə pisləyir”, - bildirilib.