Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib
  • Paytaxt
  • 1 Dekabr 2020 16:00
  •  4 058

Ramin Quluzadə Ceyms Şarpla görüşüb

Azərbaycanın nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Azərbaycandakı səfiri Ceyms Layl Şarp arasında görüş keçirilib

Nazirlikdən AzNews.az-a verilən məlumata görə, Azərbaycanın bir çox beynəlxalq layihələrin təşəbbüskarı və əsas iştirakçısı olduğunu vurğulayan nazir, ölkədə nəqliyyat və İKT sektorunda aparılan islahatlar, həyata keçirilən regional və yerli əhəmiyyətli layihələr, planlaşdırılan işlər barədə səfirə məlumat verib.

Nazirlikdə baş tutan görüşdə ölkələr arasında nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları, innovasiyalar və yüksək texnologiyalar sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivlərinə dair fikir mübadiləsi aparılıb.