- Paytaxt
- 25 Dekabr 2020 15:00
- 3 234
Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir
Ad günü münasibətiylə
Azərbaycan Prezidenti İlham Əliyevə ad günü münasibətilə təbriklər gəlməkdə davam edir.
AzNews.az həmin təbrikləri təqdim edir:
Qaz İxrac Edən Ölkələr Forumunun Baş katibi Yuri Sentyurin:
"Zati-aliləri. Doğum gününüz münasibətilə Sizə Qaz İxrac edən Ölkələr Forumu (GECF) adından səmimi təbriklərimi çatdırmaqdan şərəf hissi duyuram.
Belə əlamətdar günlər insanın öz həyat yoluna nəzər salmaq və gələcəyə baxaraq bu gün əldə etdiyi nailiyyətləri dəyərləndirmək üçün gözəl imkanlar yaradır. Zati-alinizin yüksək liderlik keyfiyyətləri və müdrik rəhbərliyi Azərbaycan Respublikasının inkişafına və tərəqqisinə sanballı töhfələr verib. Siz uğurlu fəaliyyətiniz sayəsində həmvətənləriniz arasında və xaricdə haqlı olaraq nüfuz qazanmısınız.
2020-ci ildə bütün dünya COVID-19 pandemiyası səbəbindən misli görünməmiş bir çox çətinliklərlə üz-üzə qaldı. Böhranlara baxmayaraq, Azərbaycanın öz ərazi bütövlüyünün bərpası və əsas karbohidrogen infrastrukturunun inkişafı, o cümlədən müasir Cənub Qaz Dəhlizi layihəsinin uğurlu icrası istiqamətində qazanılmış mühüm nailiyyətlər ölkənin beynəlxalq aləmdə etibarlı tərəfdaş və davamlı enerji tədarükçüsü kimi nüfuzunu daha da artırıb.
2018-ci ildə Sizinlə görüşümüzdən sonra bütün bu il ərzində Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumunun digər üzv ölkələri ilə əməkdaşlıq etməsini böyük heyranlıqla izləmişik. Bu, ölkənin neft və qaz yataqlarının istismarında əldə olunan tarixi töhfə baxımından bizim üçün müstəsna və rəmzi əhəmiyyət daşıyır. Buna görə də Zati-aliləri, səmərəli tərəfdaşlıq və davamlı dəstəyə görə səmimi minnətdarlığımı qəbul etməyinizi xahiş edirəm.
Azərbaycanın Qaz İxrac edən Ölkələr Forumundakı nüfuzunu nəzərə alaraq, 2021-ci ildə GECF-ə üzv ölkələrin dövlət və hökumət başçılarının Doha şəhərində keçiriləcək 6-cı Sammiti ərəfəsində ölkənizlə əməkdaşlığı daha da dərinləşdirmək niyyətimi bir daha vurğulamaq istərdim. GECF və qaz ixrac edən ölkələr üçün əlamətdar hadisə olan həmin tədbirdə Zati-alinizlə şəxsən görüşmək mənim üçün böyük şərəf olardı.
Zati-aliləri, Sizi bir daha təbrik edir, həmvətənlərinizə və bu çətin dövrlərə baxmayaraq, daha da güclənən Azərbaycan Respublikasına uzun illər rəhbərlik etməyinizi arzu edirəm.
Cənab Prezident, Sizə olan ən yüksək hörmət və ehtiramımı qəbul etməyinizi xahiş edirəm".
***
“LUKoyl” neft şirkətinin prezidenti Vahid Ələkbərov:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.
Sizin ali dövləti vəzifədə fəaliyyətiniz bütünlüklə Azərbaycana və onun vətəndaşlarına həsr olunub. Yorulmaz fədakarlıq, özünə və tabeliyində olanlara qarşı yüksək tələbkarlıq, ölkənin inkişaf perspektivlərini qabaqcadan görmək – bütün bu keyfiyyətlər Sizə ölkədə və xaricdə dərin hörmət və nüfuz qazandırır.
Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında işgüzar əlaqələrin inkişafına və genişlənməsinə, qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsinə, ticari-iqtisadi əlaqələrin inkişafına Sizin şəxsi töhfənizi yüksək qiymətləndiririk.
Bu xoş fürsətdən istifadə edərək, Azərbaycanda bizim fəaliyyətimizə göstərdiyiniz diqqətə görə Sizə səmimi-qəlbdən təşəkkür etmək istərdim. Sizi əmin etmək istərdim ki, biz Azərbaycan Respublikası qarşısında götürdüyümüz öhdəlikləri bundan sonra da dəqiq yerinə yetirəcəyik.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi-qəlbdən tükənməz enerji, işlərinizdə böyük uğurlar, doğmalarınıza və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik və firavanlıq diləyirəm".
***
BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qəri Counz:
"Hörmətli cənab Prezident. Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sizə və ailənizə möhkəm cansağlığı və firavanlıq arzu edirəm.
Bu xoş fürsətdən istifadə edərək Sizi və Azərbaycan xalqını Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə də təbrik etmək istəyirəm. Sizə və Azərbaycan xalqına davamlı müvəffəqiyyət və rifah arzu edirəm.
BP şirkəti olaraq biz Azərbaycana böyük önəm verir və ölkənizdəki fəaliyyətimizdən qürur duyuruq. Ötən 28 il ərzində biz regionda çox sayda dünya əhəmiyyətli layihələr həyata keçirmişik. Bu layihələrin gerçəkləşməsi Sizin dəstəyiniz və rəhbərliyiniz sayəsində mümkün olub. Biz, həmçinin Azərbaycan hökuməti və SOCAR ilə məhsuldar və etibarlı əməkdaşlığı yüksək qiymətləndirir, bu münasibətlərin gələcəkdə də davam edəcəyinə ümid edirik".
***
Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva:
"Möhtərəm cənab Prezident. Sizi doğum gününüz münasibətilə Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu adından səmimi-qəlbdən təbrik edir, Zati-alinizə ən xoş arzu və diləklərimizi çatdırıram.
Sizin geniş dünyagörüşünüz və müdrik liderliyiniz nəticəsində Azərbaycan beynəlxalq aləmdə, o cümlədən Türk dünyasında sürətlə inkişaf edən, getdikcə söz sahibi olan daha qüdrətli bir ölkəyə çevrilib. Bu gün Azərbaycan Sizin uzaqgörən rəhbərliyinizlə cəmiyyət həyatının bütün sahələrinin müasirləşdirilməsi yolunda ardıcıl və dinamik surətdə irəliləyir.
Sizin yenilməz iradəniz, cəsarətli siyasətiniz nəticəsində Azərbaycanın öz əzəli torpaqlarına yenidən qovuşması tarixdə yeni, misilsiz uğur olmaqla yanaşı, regionda sülhün və sabitliyin bərqərar olmasının göstəricisidir. Yenidən doğma Qarabağ torpaqlarında Azərbaycanın şanlı Bayrağının dalğalanması Sizin Vətənə olan sonsuz sevginizin və sədaqətinizin əyani sübutudur.
Bu gün Azərbaycanın əldə etdiyi uğurlar ümumilikdə bütün Türk dünyasının uğurudur. Zati-alinizin təşəbbüsü ilə yaradılan, türkdilli xalqların tarixinin, maddi-mənəvi irsinin qorunması, araşdırılması və təbliği istiqamətində fəaliyyət göstərən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu bu yolda Azərbaycanla birlikdə addımlamaqdan şərəf duyur. Fondun hər zaman Azərbaycanın yanında olduğunu bildirməkdən böyük fəxarət hissi duyduğumuzu qeyd etmək istəyirik.
Sizə möhkəm cansağlığı, ailə həyatınızda xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.
Bu xoş fürsətdən istifadə edərək Sizi qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə ürəkdən təbrik edirik".
***
Rusiyanın TASS informasiya agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman:
"Möhtərəm İlham Heydər oğlu.
Rusiyanın TASS informasiya agentliyi adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm.
Siz müasir dövrün görkəmli siyasi xadimi, müdrik rəhbər, nadir şəxsiyyət, gözəl ailə başçısı kimi uzun illər öz gücünüzü, biliklərinizi və təcrübənizi Azərbaycanın rifahına sərf edirsiniz. Siz əsl vətənpərvər və Azərbaycan xalqının müdafiəçisi kimi tarixi ədaləti bərpa etdiniz və öz ölkənizin dövlətçiliyini qalibiyyətlə möhkəmləndirdiniz.
Sizə və yaxınlarınıza səmimi-qəlbdən möhkəm cansağlığı, firavanlıq, nikbinlik, gələcək planlarınızın həyata keçməsi üçün tükənməz enerji, doğma ölkənizin rifahı naminə uğurlu və səmərəli fəaliyyət arzulayıram!
Sizə və Azərbaycan xalqına sülh və tərəqqi diləyirəm!"
***
“Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Aleksey Miller:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi “Qazprom” Publik Səhmdar Cəmiyyətinin İdarə Heyəti adından və şəxsən öz adımdan səmimi-qəlbdən təbrik edirəm.
Sizə möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, səmərəli fəaliyyət, planlarınızın uğurla reallaşmasını və Azərbaycanın rifahı naminə yeni nailiyyətlər arzu edirəm".
***
İnquşetiya Respublikasının birinci prezidenti Ruslan Auşev:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.
Sizə möhkəm cansağlığı, çoxmillətli Azərbaycan xalqının rifahı naminə qarşıda duran məsələlərin həllində yeni uğurlar, firavanlıq, sülh, xoş güzəran, səadət və tərəqqi arzulayıram".
***
Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurası sədrinin müavini İlyas Umaxanov:
"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi ən xoş arzularla təbrik edirəm.
Sizin çoxşaxəli qurucu fəaliyyətiniz, dövlətin mənafelərini qətiyyətlə müdafiə etmək bacarığınız Azərbaycanı güclü və müstəqil dövlətə çevirib, konstruktiv və uzaqgörən xarici siyasətiniz Sizə beynəlxalq arenada dərin hörmət və nüfuz qazandırıb.
Bu əlamətdar gündə Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, uğurlar və Azərbaycan xalqının firavanlığı naminə yeni zəfərlər arzulayıram".
***
Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri İrina Vlax:
"Möhtərəm cənab Prezident. İcazə verin, Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) İcraiyyə Komitəsi adından Sizə ehtiramımı bildirim və doğum gününüz münasibətilə təbrik edim.
Bu əlamətdar gündə Sizə və yaxınlarınıza möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq və uğurlar arzu edirik. Qoy, Sizin təşəbbüsləriniz həmişə anlayışla qarşılansın və layiqincə qiymətləndirilsin. Sizə Azərbaycan Respublikasının inkişafı naminə fəaliyyətinizdə tükənməz enerji, cəsarətli ideyalar və yeni uğurlar diləyirik.
Prezident vəzifəsində olduğunuz dövrdə qazandığınız nailiyyətlər, heç şübhəsiz, Sizin gözəl işgüzar və insani keyfiyyətlərinizə, gərgin beynəlxalq şəraitdə Azərbaycan Respublikasının mənafelərini qorumaq və ən mürəkkəb vəziyyətdə də düzgün həll yolu tapmaq bacarığınıza əsaslanır. Sizin sayənizdə Azərbaycan Respublikası beynəlxalq arenada öz nüfuzunu inamla möhkəmlədir.
Biz də öz növbəmizdə, Qaqauz xalqı adından Sizə Qaqauz Yerinə göstərdiyiniz diqqətə görə ən səmimi təşəkkürümüzü bildiririk. Sizi əmin edirik ki, Qaqauz Yerinin rəhbərliyi üçün Azərbaycan Respublikası ilə əməkdaşlıq mühüm və perspektivli hesab olunur. Biz dostluq və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etməsi və möhkəmlənməsi üçün maksimum səy göstərəcəyik.
Möhtərəm cənab Prezident, fürsətdən istifadə edib, Sizə yüksək ehtiramımızı bildiririk".
***
Dövlətlərarası Aviasiya Şurasının prezidenti, Dövlətlərarası Aviasiya Komitəsinin sədri Tatyana Anodina:
"Möhtərəm İlham Heydər oğlu. Doğum gününüz münasibətilə ən səmimi təbriklərimi qəbul edin. Siz dahi Heydər Əliyevin layiqli varisi və onun müdrik siyasətinin davamçısı kimi haqlı olaraq öz həmvətənlərinizin hörmətini və yüksək beynəlxalq nüfuz qazanmısınız.
Sizin işgüzar və şəxsi keyfiyyətləriniz, zəngin siyasi təcrübəniz həmişə milli mənafeləri uğurla müdafiə etməyə, müasir dünya nizamının ən mürəkkəb və kəskin məsələlərini həll etməyə imkan verir.
Hörmətli İlham Heydər oğlu, Sizə səmimi qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik, firavanlıq, Azərbaycanın inkişafı və onun gözəl xalqının rifahı naminə yeni uğurlar diləyirəm".
***
Rusiya Vəkillər Gildiyasının prezidenti, professor Həsən Mirzəyev:
"Hörmətli İlham Heydər oğlu. Doğum gününüz münasibətilə Sizi Beynəlxalq Rusdilli Vəkillər Assosiasiyasının, Rusiya Vəkillər Gildiyasının, Rusiya Vəkillik və Notariat Akademiyasının, “Moskva hüquq mərkəzi” vəkillər kollegiyasının adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm!
Sizin bir vətənpərvər və vətəndaş kimi fəal həyat mövqeyiniz, dövlət əhəmiyyətli məsələləri qüsursuz icra etməyiniz Vətənə layiqli xidmət nümunəsidir. Siz Heydər Əlirza oğlu Əliyevin Azərbaycan Respublikasında islahatçılıq yolunun layiqli davamçısısınız.
Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan genişmiqyaslı siyasi və iqtisadi islahatlar və dəyişikliklər, əhalinin sosial rifahının yüksəldilməsi yolu ilə inamla irəliləyir, aktual beynəlxalq və regional problemlərin həllində fəal iştirak edir. Dağlıq Qarabağda münaqişə Sizin bilavasitə iştirakınız sayəsində Azərbaycan və Ermənistan xalqlarının mənafeləri üçün ədalətli əsasda nizamlandı.
Sizin müdrik siyasətiniz sayəsində Azərbaycan ilə Rusiya arasında iqtisadi, mədəni və siyasi əlaqələr günbəgün genişlənir və möhkəmlənir. Mən Sizin həmvətəniniz kimi öz tarixi Vətənimlə fəxr edirəm.
Bu gün Siz həyatınızın ən mühüm mərhələsindəsiniz – bu dövrdə zəngin təcrübə müdriklik və həyati biliklərlə harmonik şəkildə birləşir. Çox iş görülüb, lakin gələcək üçün yeni planlar çoxdur.
Qoy, enerji, gümrahlıq və mənəvi güc Sizin etibarlı tərəfdaşlarınız olaraq qalsın. Sizə möhkəm cansağlığı, uzun ömür, ali dövləti fəaliyyətinizdə uğurlar və Azərbaycan xalqının rifahı naminə yeni zəfərlər arzu edirəm.
Sizə, yaxınlarınıza və bütün Azərbaycan xalqına sülh və firavanlıq diləyirəm".