Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd edib Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd edib
  • Paytaxt
  • 3 İyul 2021 13:50
  •  6 954

“Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına ABŞ dəstəyini yüksək qiymətləndiririk” - Dövlət başçısı

Bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd edib

“İrimiqyaslı enerji layihələri, beynəlxalq sülh və təhlükəsizliyin möhkəmləndirilməsi, terrorizmə qarşı mübarizə, NATO-nun Əfqanıstandakı Qətiyyətli Dəstək missiyası çərçivəsində sıx əməkdaşlığımız Azərbaycan-ABŞ münasibətlərini səciyyələndirən mühüm istiqamətlərdəndir”.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev ABŞ Prezidenti Cozef Baydenə ünvanladığı məktubda qeyd edib.

“Biz enerji təchizatı marşrutlarının diversifikasiyası, xüsusilə də Cənub Qaz Dəhlizinin uğurla tamamlanmasına Birləşmiş Ştatların göstərdiyi dəstəyi yüksək qiymətləndiririk”, - deyə Azərbaycan dövlət başçısı vurğulayıb.