"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu" "Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu"
  • Paytaxt
  • 16 Sentyabr 2021 11:14
  •  3 650

Hikmət Hacıyev İran səfiri ilə yenidən görüşüb

"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu"

Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyası xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev İran İslam Respublikasının ölkəmizdəki səfiri Seyid Abbas Musəvi ilə görüşüb.

Bu barədə səfir tvitter səhifəsində paylaşım edib.

"Bu həftə ikinci dəfə cənab Hikmət Hacıyevlə görüşmək şansım oldu. Səmimi müzakirələrimiz zamanı yaxşı münasibətlərimizin mövcud vəziyyəti, gələcəyi və maraq doğuran digər məsələləri nəzərdən keçirdik", - səfir yazıb.