Kreml məlumat yayıb Kreml məlumat yayıb
  • Paytaxt
  • 23 Noyabr 2021 16:27
  •  5 669

Azərbaycan, Rusiya və Ermənistan liderlərinin görüş tarixi açıqlandı

Kreml məlumat yayıb

Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan noyabrın 26-da Soçi şəhərində görüşəcək.

AzNews.az xəbər verir ki, məlumatı rəsmi Kreml yayıb.

Bildirilib ki, görüşdə sabitliyin güclənməsi istiqamətində atılacaq addımlar və Qarabağda dinc həyatın bərqərar olmasına dair məsələlər müzakirə ediləcək.