- Paytaxt
- 6 Dekabr 2021 22:45
- 4 325
Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər - İlham Əliyev
Bunu Prezident İlham Əliyev Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı söyləyib
Qarabağı görməyən gənc nəsil yetişdi, onlar Qarabağı canı-qanı bahasına azad etdilər.
Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev dekabrın 6-da Qubanın Qonaqkənd qəsəbəsində sakinlərlə görüşü zamanı deyib.
Dövlət başçısı bildirib:
"Qarabağ müharibəsinə, bu, bizim hamımızın Qələbəsidir. Hər bir Azərbaycan vətəndaşı öz əməyi ilə, öz işi ilə o müqəddəs günü yaxınlaşdırırdı. Biz bütün işğal dövründə Qarabağı ürəyimizdə saxlamışdıq və Qarabağı görməyən gənc nəsil yetişdi. Onlar Qarabağı canı-qanı bahasına azad etdilər. Tarixi ədaləti bərpa etdik, xalqımızın ləyaqətini bərpa etdik. İndi isə artıq yeni dövr başlayır".