Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb
  • Paytaxt
  • 20 Aprel 2022 19:53
  •  5 538

Tərtərin hərbi prokuroru vəzifəsindən azad edildi

Bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb

Tərtər rayonunun hərbi prokuroru vəzifəsindən azad edilib.

Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, bununla bağlı Baş prokuror Kamran Əliyev əmr imzalayıb.

Baş prokurorun əmri ilə Tərtər rayon hərbi prokuroru Hümmət Məmmədov tutduğu vəzifədən azad edilərək Respublika Hərbi Prokurorluğunun Hərbi Prokurorluqlarda İstintaqa Nəzarət şöbəsinin rəisi təyin edilib.

Baş prokurorun digər əmri ilə Respublika Hərbi Prokurorluğunun İstintaq idarəsinin mühüm işlər üzrə böyük müstəntiqi, ədliyyə polkovnik-leytenantı Emin Vəliyev tutduğu vəzifədən azad edilərək Tərtər rayon hərbi prokuroru təyin olunub.