Türkiyə qırıcıları Bakı səmasında

Qeyd edək ki, sınaq uçuşları mayın 23-dən başlayıb

Mayın 26-29-da Bakıda baş tutacaq “Texnofest-2022” festivalına hazırlıqlar çərçivəsində Türkiyə qırıcı təyyarələrinin uçuşları həyata keçirilib.

Aznews.az xəbər verir ki, Türkiyə Hərbi Hava Qüvvələrinin “Solo Türk” və “Türk Ulduzları” aviaqrupuna daxil olan təyyarələr Bakı səmasında növbəti məşqlərini ediblər.

Qeyd edək ki, sınaq uçuşları mayın 23-dən başlayıb.