- Paytaxt
- 3 İyun 2022 14:18
- 5 424
Mikayıl Cabbarov Andrei Spînu ilə görüşüb
"İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı müzakirələr apardıq"
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spînu ilə görüşüb.
M.Cabbarov bu barədə məlumatı feysbuk hesabında paylaşıb.
Onun sözlərinə görə, Moldova Baş nazirinin müavini, infrastruktur və regional inkişaf naziri Andrei Spînu ilə görüş faydalı keçib: "İxrac sahəsində ikitərəfli əlaqələrin genişləndirilməsi, investisiyaların təşviqi və biznes-forumların təşkil edilməsi barədə ətraflı müzakirələr apardıq".