- Paytaxt
- 29 İyun 2022 20:05
- 4 726
Azərbaycanda Şimal-Cənub Dəhlizinin koordinasiya şurasının VIII görüşü keçiriləcək

Bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib
Azərbaycanda Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin koordinasiya şurasının VIII görüşünün keçirilməsi planlaşdırılır.
Aznews.az xəbər verir ki, bunu Prezident İlham Əliyev iyunun 29-da Aşqabadda Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Zirvə Toplantısında çıxışı zamanı bildirib.
Dövlət başçısı qeyd edib ki, koordinasiya şurasının VIII görüşünün bu il keçirilməsi planlaşdırılır.