İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib
  • Paytaxt
  • 10 Avqust 2022 12:16
  •  4 297

Baş Prokurorluqda media azadlığı ilə bağlı konfrans keçirilib - FOTO

İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib

Bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilib.

Aznews.az xəbər verir ki, Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransı giriş sözü ilə açan Baş prokuror Kamran Əliyev bildirib ki, vətəndaşların hüquq və azadlıqlarının pozulması, dövlətin müdafiə qabiliyyətinin zəifləməsinə yönəlmiş, Azərbaycanın milli təhlükəsizliyinə yönələn hərəkətlər, çağırışlar hər hansı mediada, sosial şəbəkədə edilirsə, prokurorluq fəaliyyət istiqamətinə uyğun olaraq qəti addımlar atmalıdır.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilmiş, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə səmərəli fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

Daha sonra çıxış edən Mətbuat Şurasının sədri Əflatun Amaşov Baş Prokurorluqla birgə medianın fəaliyyəti haqda komissiya yaradılmasını təklif edib. Əlavə edib ki, Media Reyestri də yəqin ki, yaxın zamanda qəbul olunacaq və jurnalistlərə vahid vəsiqələrin verilməsinə başlanılacaq: "Hesab edirəm ki, bu addımlarla cəmiyyəti savadlandırmaqla sosial şəbəkə istifadəçilərinə təsir etmək olar. Savadlı jurnalist hər şeyi dərk edib vətənini sevmirsə, elə bilirəm ki, ondan sağlam vətəndaş və sağlam jurnalist ola bilməz. Biz eyni zamanda jurnalistlərə vətəni sevməyi də aşılamalıyıq". n

Əflatun Amaşov reketlik hallarının davam etdiyini də vurğulayıb və bununla mübarizə sahəsində qanunun sərtləşdirilməsinin tərəfdarı olduğunu ifadə edib.

Tədbirdə Baş Prokurorun müavini Elmar Camalov, Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsinin rəisi Elnur Musayev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri medianın qarşısında duran əsas məsələlər barədə müzakirələr aparıblar.

***

11.00

Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda konfrans keçirilir.

Azərbaycanda informasiya mühitinin sağlamlaşdırılması, qeyri-dəqiq və mənbəyi şübhə doğuran məlumatların tirajlanmasının qarşısının alınması məqsədilə təşkil edilmiş konfransda Baş Prokuror Kamran Əliyev, Medianın İnkişafı Agentliyinin icraçı direktoru, Mətbuat Şurasının sədri, eləcə də media qurumlarının rəhbərləri, ali təhsil müəssisələri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir.

Konfrans zamanı son dövrlər media sahəsində yol verilən qanun pozuntularına görə tətbiq olunan prokuror təsir tədbiri aktlarının tətbiqi əsasları, nəticələri barədə bəhs edilib, jurnalistlərin peşə davranışı qaydalarının tətbiqində mövcud problemlərdən söz açılıb.

İşgüzar tədbirdə fikir mübadiləsi aparılıb, təkliflər səsləndirilib, bu məzmunlu tədbirlərin düzgün informasiya mübadiləsində mühüm irəliləyişlərə səbəb olacağı qeyd edilib.

image description image description image description image description image description image description image description image description image description