"Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk" "Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk"
  • Paytaxt
  • 24 Sentyabr 2022 17:00
  •  3 453

Prezident: "Türkmənistanla əlaqələrimizin strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur"

"Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk"

Türkmənistanla ikitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur.

Aznews.az xəbər verir ki, bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədova ünvanladığı təbrik məktubunda yer alıb.

"Bu gün qardaş Türkmənistanın sabit və dinamik inkişaf yolu ilə irəliləyərək siyasi, iqtisadi, sosial və digər sahələrdə böyük nailiyyətlər əldə etməsi bizi sevindirir.

Ortaq mənəvi dəyərlər, dini-mədəni köklər ilə bir-birinə bağlı olan, tarixən mehribanlıq və qarşılıqlı anlaşma şəraitində yaşamış xalqlarımızın iradəsi Azərbaycan-Türkmənistan əlaqələrinin əsasını təşkil edir. İkitərəfli və çoxtərəfli əlaqələrimizin ötən otuz ildə yüksələn xətt üzrə inkişaf etməsi və hazırkı strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur. Biz münasibətlərimizin hərtərəfli inkişafına xüsusi əhəmiyyət veririk", - Prezidentin məktubunda qeyd edilib.