• Paytaxt
  • 25 Noyabr 2022 16:19
  •  2 972

İtaliyalı ekspert: Prezident İlham Əliyevin Azərbaycanın inkişafı barədə aydın bir baxışı var

Prezident İlham Əliyev suallarımızı cavablandıraraq öz mesajlarını çatdırdı. O, ölkənin daha da inkişafı üçün ən yaxşı həll yollarını, təklifləri dinlədi və müzakirə etdi.

Aznews.az xəbər verir ki, bu barədə noyabrın 25-də Bakıda, ADA Universitetində “Orta Dəhliz boyunca: geopolitika, təhlükəsizlik və iqtisadiyyat” mövzusunda keçirilən beynəlxalq konfransın iştirakçısı, “Avropa Evi” Mərkəzinin İdarə Heyətinin sədri Luka Miraglia jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin Azərbaycanın inkişafı, regional rolu, qlobal platformada harada olacağı barədə aydın bir baxışı var.

“Azərbaycan və İtaliya arasında münasibətlərə gəlincə, iki ölkə arasında münasibətlər uzunmüddətlidir və əlaqələrimizin kökü uzun illər əvvələ dayanır. Azərbaycanla əməkdaşlığımız davam edəcək və genişlənəcək. Mənim yeni hökumətimizdən gözləntim budur. Hazırda Azərbaycanla gündəliyimizdə olan ən vacib məsələ enerji təhlükəsizliyi ilə bağlıdır. Düşünürəm ki, bu əməkdaşlıq müxtəlif sahələri əhatə edərək daha da genişlənəcək. Hökumətimiz də bu istiqamətdə çalışır. Regionda stabillik vacibdir. Mən inanıram ki, Azərbaycan və Ermənistan arasında münasibətlər normallaşacaq və aparılan danışıqlar ən yaxşı nəticəni verəcək. Bütövlükdə regionun inkişafı Azərbaycan üçün də vacibdir. Biz Orda Dəhlizi müzakirə edirik, bu təşəbbüsdə bir neçə ölkə iştirak edə bilər. Normallaşma vacibdir və beləliklə, regiondakı sabitlikdən doğan imkanlardan və potensialdan istifadə mümkün olacaq”, - ekspert vurğulayıb.