• Paytaxt
  • 17 Yanvar 2023 11:56
  •  5 792

Azərbaycanda sabiq nazir vəfat etdi

Azərbaycanın sabiq naziri Namiq Nəsrullayev vəfat edib.

Aznews.az BAKU.WS-ə istinadən xəbər verir ki, o, 78 yaşında dünyasını dəyişib.

Qeyd edək ki, N. Nəsrullayev 1945-ci ildə Bakı şəhərində anadan olmuşdur. O, 1995-ci ildə Azərbaycan iqtisadiyyat nazirinin birinci müavini təyin edilmişdir. 1996-cı ildə Azərbaycan Respublikasının İqtisadiyyat naziri təyin edilmiş və 2001-ci ilin aprel ayına qədər bu vəzifədə çalışmışdır.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.