• Paytaxt
  • 7 Fevral 2023 18:53
  •  3 341

Əli Əsədov ilə Fuat Oktay arasında telefon danışığı olub

Fevralın 7-də Azərbaycan Respublikasının Baş naziri Əli Əsədov ilə Türkiyə Respublikasının Vitse-prezidenti Fuat Oktay arasında telefon danışığı olub.

Aznews.az xəbər verir ki, Nazirlər Kabinetindən verilən xəbərə görə, telefon danışığı əsnasında Türkiyənin cənub-şərqində baş vermiş güclü zəlzələ nəticəsində çoxsaylı insan tələfatı ilə bağlı Fuat Oktaya dərin hüznlə başsağlığı verilib, yaralananlara və xəsarət alanlara şəfa dilənib.

Fuat Oktay bu çətin məqamda qardaş Azərbaycanın Türkiyə ilə həmrəyliyini yüksək qiymətləndirib, təbii fəlakətin nəticələrinin aradan qaldırılması məqsədilə ölkəmiz tərəfindən davamlı şəkildə göstərilən yardıma, zəlzələ bölgəsində həyata keçirilən axtarış xilasetmə əməliyyatlarına dəstəyə görə minnətdarlığını bildirib.