- Fanat
- 18:54
- 1 956
Mahir Emreli qol vurdu, "Kayzerslautern" qələbə qazandı
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi Almaniyanın II Bundesliqa təmsilçisi "Kayzerslautern" XXVI turda qalib gəlib.
Aznews.az xəbər verir ki, doğma meydanda "Karlsrue"ni qəbul edən komanda 3:0 hesablı qələbəyə sevinib.
Mahir Emreli qarşılaşmanın 90+4-cü dəqiqəsində komandasının üçüncü qolunu vurub.
Qeyd edək ki, "Kayzerslautern" turnir cədvəlində 40 xalla yeddincidir.