İlyas Demirçi: WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur

WUF13-ün Bakıda keçirilməsi Azərbaycanın qlobal miqyasda şəhərsalma təcrübəsinin sübutudur.

Aznews.az xəbər verir ki, bu ilin 17-22 may tarixlərində Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Şəhərsalma Forumunun XIII sessiyasının Bakıda keçirilməsinə mövqeyini bildirən Türkiyəli mütəxəssis, Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin (TDMMB) sədri İlyas Demirçi bildirib.

Mütəxəssis deyib ki, Azərbaycanın belə bir mühüm təşkilata ev sahibliyi etməsi, ölkənin şəhərsalma sahəsindəki son illərdə nümayiş etdirdiyi planlaşdırılmış inkişaf yanaşmasının nəticəsidir:

WUF13-ə Bakının ev sahibliyi etməsi təkcə beynəlxalq görüş deyil, həm də şəhərlərin gələcəyini formalaşdıracaq strateji qərarlar, yeni əməkdaşlıqlar və qlobal görüşlər üçün fürsətdir.

Mütəxəssis WUF13-ün Bakıya gətirəcəyi faydaları dəyərləndirərək bildirib ki, BMT-nin çətiri altında təşkil edilən urbanizm sahəsində ən yüksək səviyyəli platformalardan biri olduğu üçün bu forum sayəsində Bakı Qlobal şəhərlər şəbəkəsində daha çox görünəcək, beynəlxalq investorlar ilə birbaşa əlaqə qurmaq imkanı əldə edəcək, yenidənqurma və infrastruktur layihələri üçün yeni qapılar açacaq:

"Qarabağın yenidən qurulması, Naxçıvanın strateji mövqeyi, Bakının modernləşdirmə prosesi və nəqliyyat dəhlizləri ilə gücləndirilən regional əlaqə şəhərsalma perspektivinin artıq yalnız yerli deyil, həm də geostrateji ölçü qazandığını göstərir", - deyə İ.Demirçi bildirib.