İsrail Prezidenti Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib

İsrail Prezidenti İsaak Hersoq Azərbaycan Prezidenti İlham Əliyevi təbrik edib.

Aznews.az xəbər verir ki, İsaak Hersoq bu barədə Twitter-də paylaşım edib.

O bildirib ki, Azərbaycanın İsraildəki ilk səfiri Muxtar Məmmədovun etimadnaməsini təqdim etməsinə görə Prezident İlham Əliyevi təbrik edir:

“Bu təyinat diplomatik münasibətlərin 30 illiyini qeyd etdiyimiz bir mərhələdə çox mühüm hadisədir”.