• Paytaxt
  • 25 May 2023 18:59
  •  2 741

Serbiya Prezidenti: Azərbaycanla əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik

Əminəm ki, strateji səviyyədə olan siyasi dialoqu, həmçinin çoxtərəfli, xüsusilə də iqtisadi sahədə əməkdaşlığımızı birgə səylərimizlə inkişaf etdirməkdə davam edəcəyik.

Aznews.az xəbər verir ki, bu barədə Serbiya Respublikasının Prezidenti Aleksandar Vuçiçin Prezident İlham Əliyevə təbrik məktubunda deyilir.

“Bunu çoxsaylı iqtisadi layihələr, Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın bu yaxınlarda Belqradda keçirilmiş 7-ci iclası da bir daha sübut etdi. Cari il sizin Serbiyaya gözlənilən səfəriniz və bu səfər çərçivəsində Serbiya və Azərbaycan arasında qarşılıqlı maraq doğuran bütün sahələrdə əməkdaşlığın gələcək inkişafına əlavə imkanlar yaradacaq Strateji Tərəfdaşlıq Şurasının ilk iclasının keçirilməsinin planlaşdırılması məni çox sevindirir”, - məktubda vurğulanır.