• Paytaxt
  • 25 May 2023 21:30
  •  3 374

Zakir Həsənov sabah Gürcüstana səfər edəcək

Azərbaycan Müdafiə Naziri general Polkovnik Zakir Həsənov sabah Gürcüstana səfər edəcək.

Aznews.az xəbər verir ki, bu barədə Gürcüstan müdafiə nazirinin müavini Lela Çikovani Tbilisidə Azərbaycanın Müstəqillik Günü münasibətilə keçirilmiş rəsmi qəbulda deyib.

O, bildirib ki, nazir Zakir Həsənov 26 May - Gürcüstanın Müstəqillik Günü münasibətilə Tbilisidə keçiriləcək tədbirlərdə iştirak edəcək.

Əlavə edib ki, Zakir Həsənovun şəxsi qərarı ilə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin Hərbi Orkestri Tbilisidə keçirilən 26 May tədbirlərində iştirak edəcək.