• Paytaxt
  • 1 Dekabr 2023 19:47
  •  3 303

İRİA-nın əsas tərəfdaşı olduğu innovasiya sammiti öz işinə başlayıb

30 noyabr 2023-cü ildə “PASHA Holding”in təşkilatçılğı ilə “InMerge İnnovasiya Sammiti”nə start verilib.

Ekosistemin aktiv oyunçularını, eləcə də texnologiya sahəsində fəaliyyət göstərən qlobal və prestijli şirkətləri, ekspertləri bir araya toplayan sammit ölkədə innovasiya ekosistemin qurulmasına dəstək göstərmək məqsədilə keçirilir.

Sammitin açılış nitqində çıxış edən rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev yerli innovasiya ekosisteminin perspektivləri ilə bağlı fikirlərini bölüşüb.

Nazir çıxışında sammitin ekosistemin inkişafına verdiyi töhfəni və innovasiyaların insanlar və sahələr arasındakı əlaqələr vasitəsilə inkişafını xüsusi vurğulayıb. Eyni zamanda dayanıqlı innovasiya ekosisteminin formalaşması üçün sağlam infrastruktur, istedad və investisiyaların cəlbi, eləcə də rəqabətli bazarın önəminə diqqət çəkib.

2 gün davam edəcək sammitdə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi vörkşoplar, panel sessiyaları və stendlə təmsil olunur. İRİA-nın sədri İnarə Vəliyeva sammitin ikinci günündə “Rəqəmsal Azərbaycan” layihəsinin təqdimatını edəcək. Daha sonra “IDDA Awards” müsabiqəsinin müxtəlif nominasiyalar üzrə qalibləri elan olunacaq.

Qeyd edək ki İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi sammitin əsas tərəfdaşıdır.

Aznews.az

image description image description image description image description