Əfv Komissiyasının iclasları başa çatıb, 700-dən çox müraciətə baxılıb

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Aznews.az xəbər verir ki, bu barədə Əfv Məsələləri Komissiyasının üzvü, Konstitusiya Araşdırmaları Fondunun rəhbəri Əliməmməd Nuriyev məlumat verib.

İclasda 100-dən artıq müraciətə baxılıb. Komissiyanın iclaslarında baxılan müraciətlərin sayı 700-ü ötüb.

Bununla da komissiyanın iclasları baş çatıb, baxılan müraciətlər ümumiləşdirilərək müvafiq qaydada Prezidentə təqdim olunacaq.

Qeyd edək ki, komissiyanın iclasları 28 May – Müstəqillik Günü ilə əlaqədar nəzərdə tutulan əfvlə bağlı keçirilib.