- İşin içi
- 14:02
- 1 068
Azərbaycan mikromaliyyəçilərinin I rübdəki fəaliyyətinin nəticələri müzakirə olunub

Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov "Azərbaycan Mikromaliyyə Assosiasiyası" (AMFA) İctimai Birliyinin, onun üzvü olan və olmayan qeyri-bank kredit təşkilatlarının (BOKT) rəhbər şəxsləri ilə görüşüb.
AzNews.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, görüşdə yeni qəbul edilmiş “Mikromaliyyə Modeli üzrə Strateji Çərçivə”, bu ilin I rübü üzrə BOKT-ların fəaliyyətinin nəticələri, eləcə də bu sahədə əldə olunmuş nailiyyətlər və inkişaf perspektivləri ətrafında müzakirələr aparılıb, BOKT-ları narahat edən məqamlar, onların alternativ maliyyələşdirmə mənbələrinə çıxış imkanlarının genişləndirilməsi və institusional potensialının gücləndirilməsi kimi məsələlər barədə fikir mübadiləsi aparıb.
AzNews.az