• Qərb
  • 19 May 16:36
  •  879

Berlin iğtişaşlarında 33 polis əməkdaşı yaralanıb

Berlində Türkiyənin “Qalatasaray” futbol komandasının azarkeşlərinin törətdiyi iğtişaşlar zamanı 33 polis əməkdaşı yaralanıb.

Bu barədə "Tagesspiegel" qəzeti məlumat yayıb.

"İstanbulun "Qalatasaray" futbol komandası Türkiyə çempionu olduqdan sonra Berlinin qərbində 2,5 min azarkeş toplaşıb. Çoxsaylı hücumlar səbəbindən şənlik vaxtından əvvəl başa çatıb. 33 polis əməkdaşı yaralanıb", - nəşr yazır.

Qeyd olunur ki, futbol azarkeşləri polis əməkdaşlarına fişənglər atıblar və iğtişaşlar zamanı asayiş keşikçiləri gözyaşardıcı qazdan istifadə etməyə məcbur olublar.

Mövsüm

Aznews.az