Azərbaycan Prezidenti: Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm veririk

Azərbaycan Orta Dəhlizin rəqəmsallaşdırılmasına böyük önəm verir.

Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət başçıları Şurasının qeyri-rəsmi iclasında çıxışı zamanı deyib:

“Hazırda Xəzər dənizi limanları arasında nəqliyyat əməliyyatlarının və ticarətin sadələşdirilməsini nəzərdə tutan vahid rəqəmsal platformanın yaradılması layihəsi üzərində işlər davam etdirilir. Xəzər dənizində 50-dən çox ticarət gəmisi olan Azərbaycan türk dövlətləri üçün önəmli tranzit xidmətləri göstərir”, - deyə dövlət başçısı əlavə edib.

Prezident qeyd edib ki, Türk dövlətləri ilə nəqliyyat sahəsində əməkdaşlıq güclənir.

Dövlət başçısı, həmçinin vurğulayıb: “Son illər ərzində Azərbaycanda nəqliyyat infrastrukturuna - avtomobil yollarına, dəmir yolu xətlərinə, dəniz limanına, gəmiqayırma zavoduna, hava nəqliyyatına böyük həcmdə sərmayələr qoyulub”.

AzNews.az