- Paytaxt
- 15:16
- 868
Kəmaləddin Heydərovla Rusiya FHN-in rəhbəri arasında ikitərəfli görüş olub

Bakıda Azərbaycan və Rusiya fövqəladə hallar nazirləri arasında görüş keçirilib.
APA-nın Moskva müxbiri Rusiya FHN-nin mətbuat xidmətinə istinadən xəbər verir ki ki, Bakıda səfərdə olan Rusiya fövqəladə hallar naziri Aleksandr Kurenkov Azərbaycanın fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ilə ikitərəfli görüş keçirib.
Kurenkov İran-İsrail münaqişəsi zamanı Rusiya vətəndaşlarının İrandan təxliyəsini təşkil etdiyinə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, birgə iş dinc əhali üçün səmərəli kömək əlinə çevrilib, rusiyalılar öz vətənlərinə qayıda biliblər.
Bundan əlavə, Rusiya və Azərbaycanın xilasetmə qurumlarının rəhbərləri ikitərəfli tərəfdaşlığı nəzərdən keçirərək, Bakının Beynəlxalq Mülki Müdafiə Təşkilatının inkişafına böyük töhfə verdiyini qeyd ediblər. Qeyd olunub ki, təşkilat fövqəladə hallardan zərər çəkmiş ölkələrə humanitar yardım göstərməklə məşğuldur. Bu istiqamətdə həyata keçirilən birgə işlər fövqəladə hallar xidmətləri vasitəsilə beynəlxalq əməkdaşlıqda xilasetmə və qarşılıqlı yardımın nəcib işinin prioritetliyini sübut edir.
AzNews.az