Heqset: İran daha raket və dron istehsal edə bilməyəcək

İran daha raket, raket qurğuları, dron istehsal edə bilməyəcək.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ-ın müharibə naziri Pit Heqset bu gün mətbuat konfransında bildirib.

Heqset qeyd edib ki, Tramp İran iqtisadiyyatını dəqiqələr ərzində məhv edə bilərdi, amma o, mərhəmətli davranıb və ticari obyektlərə zərbə endirilməyib.

“Çünki İran şiddətli təzyiq altında atəşkəsi qəbul etdi”, - nazir əlavə edib.