• Paytaxt
  • 6 Dekabr 2025 11:53
  •  3 603

Hikmət Hacıyev Qətərin dövlət naziri ilə görüşüb

Qətərdə keçirilən “Doha Forumu” çərçivəsində Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Qətərin beynəlxalq əməkdaşlıq üzrə dövlət naziri Məryəm bint əli bin-Nasser əl Misnad ilə görüşüb.

Aznews.az xəbər verir ki, bu barədə Hikmət Hacıyev X hesabında bildirib.

“Görüş zamanı ölkələrimiz arasında qardaşlıq münasibətlərinin daha da möhkəmləndirilməsini müzakirə etdik və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığımızın intensivləşdirilməsi barədə razılığa gəldik”, - deyə paylaşımda bildirilib.

Aznews.az