- Paytaxt
- 13:22
- 1 647
Azərbaycanın enerji sahəsində Avropa və Balkan ölkələri ilə əməkdaşlığı müzakirə olunub
Azərbaycanın enerji sahəsində, bir çox Avropa ölkələri, o cümlədən Balkanlarla əməkdaşlığı barədə də fikir mübadiləsi aparılıb.
Aznews.az xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Monteneqronun Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviç ilə birgə mətbuat konfransında deyib.
Nazir bildirib ki, Cənub Qaz Dəhlizi üzrə Məşvərət görüşlərində Monteneqrodan olan həmkarların iştirakı olub: “Hətta cənab nazir keçmiş vəzifəsində o görüşlərdə özü də iştirak edib. Əlavə olaraq, bu gün nəqliyyat, logistika sahəsinin böyük potensialı barədə danışılıb. Azərbaycanın nəqliyyat logistika sahəsində yeni layihələr barədə fikir mübadiləsi aparılıb. Ələt Azad İqtisadi zonası, Bakı Ticarət Portu və bir sıra digər sahələr barədə fikir mübadiləsi aparılıb. Humanitar sahədə də ölkələrimiz arasında əməkdaşlıqda böyük potensial mövcuddur”.