XİN başçısı: 907-ci düzəlişin tamamilə aradan qaldırılması üçün münbit şərait var

907-ci düzəlişin tamamilə aradan qaldırılması üçün münbit şərait var.

Aznews.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekunlarına dair hesabatının təqdimatı zamanı jurnalistlərin suallarını cavablandırarkən deyib.

Nazir deyib ki, Azərbaycan-ABŞ münasibətləri fonunda 2025-ci il çox müsbət və zəngin il olub:

"Vaşinqton görüşündə 907-ci düzəlişin dayandırılması barədə sənəd imzalanıb. Bu, mühüm addımdır. O sənədin qəbulu ölkəmizə qarşı ədalətsizlik idi və bu, əsassız addım olub. Azərbaycan 907-ci düzəlişin qüvvədə saxlanılmasını məntiqsiz sayır".

C.Bayramov bu kontekstdə ABŞ-dəki mürəkkəb hüquqi sistemin mövcudluğunu xatırladıb:

"Bildiyimə görə, 907-ci düzəlişinin tamamilə ləğvi ilə bağlı təşəbbüs irəli sürülüb. Güman edirik ki, buna nail olunacaq. Çünki bunun üçün hazırda münbit şərait var. Əgər düzəliş tamamilə aradan qaldırılarsa, bu, ABŞ-Azərbaycan münasibətlərinə, həmçinin regiondakı dəyişikliklərə çox yaxşı təsir edəcək".