Nəsiminin yeni icra başçısı Tahir Budaqov kollektivə təqdim olunub - FOTO

Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin edilən Tahir Budaqov bu gün Azərbaycan Prezidentinin köməkçisi – Ərazi-təşkilat məsələləri şöbəsinin müdiri Zeynal Nağdəliyev tərəfindən rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə kollektivə təqdim olunub.

Aznews.az xəbər verir ki, təqdimatda Zeynal Nağdəliyev çıxış edib və dövlət başçısının tapşırıq və tövsiyələrini çatdırıb.

Tahir Budaqov ona göstərilən etimada görə minnətdarlıq edib.

Qeyd edək ki, Tahir Yaqub oğlu Budaqov ötən gün Azərbaycan Prezidentinin Sərəncamı ilə Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

image description image description