- Paytaxt
- 16:11
- 1 498
Səfir və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin baş katibi Qlobal Bakı Forumuna hazırlığı müzakirə edib
Ukraynanın Azərbaycandakı səfiri Yuri Qusev və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin Baş katibi Rövşən Muradov görüş zamanı XIII Qlobal Bakı Forumuna hazırlığı müzakirə ediblər.
Aznews.az xəbər verir ki, bu barədə səfir "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"XIII Qlobal Bakı Forumuna hazırlığı, həmçinin Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü fonunda həmrəyliyin, beynəlxalq hüququn və ədalətli sülhün bərpasının əhəmiyyətini müzakirə etdik", - paylaşımda qeyd edilib.