Komissar: Aİ xarici işlər nazirləri Azərbaycanla əlaqələrin inkişafını müzakirə edəcək

Avropa Azərbaycan, Ermənistan və Türkiyə vasitəsilə Mərkəzi Asiya ilə daha yaxşı bağlantılar qurur.

Aznews.az xəbər verir ki, bunu Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos Aİ ölkələrinin xarici işlər nazirlərinin iclasından əvvəl jurnalistlərə deyib.

“Biz bu gün Avropa Komissiyasının Qara dəniz strategiyasının nə qədər düzgün bir strategiya olduğunu görürük. Bu strategiyanın bir hissəsi də konnektivlikdir. Bu konnektivlik çərçivəsində Ermənistan, Azərbaycan və Türkiyə vasitəsilə Avropanı Mərkəzi Asiya ilə daha yaxşı əlaqələndiririk", - o bildirib.

Kos konnektivlikdə əsas mövzuların ticarət və enerji olduğunu xüsusi vurğulayıb.

“Şimalda ticarət yolları Rusiyaya görə bağlanıb, cənubdakı ticarət marşrutlarından istifadə isə İranla müharibəyə görə dayandırılıb", - Kos qeyd edib.

O, bu gün Aİ-nin Cənubi Qafqaz ölkələri ilə, xüsusilə də Azərbaycan, Ermənistan və Türkiyə ilə əlaqələrin inkişafının müzakirə ediləcəyini əlavə edib.