Yazıçı Şərif Ağayar öz Facebook səhifəsində maraqlı status paylaşıb: Yazıçı Şərif Ağayar öz Facebook səhifəsində maraqlı status paylaşıb:

Tanınmış jurnalistlə yazıçı üz-üzə: “Qələmim gözünüzə girir”

Yazıçı Şərif Ağayar öz Facebook səhifəsində maraqlı status paylaşıb:


"Bir dəfə (ili unutmuşam) mitinq olmalı idi, yağış yağdı, çox zəif şəkildə alındı aksiya. Axşam baxdım, bıy, İsa Qəmbər ANS-in "Nəzər Nöqtəsi"nin qonağıdır. Açığı, düşündüm ki, bu, ağıllı adamdır, mitinq də fakt alınmayıb, efirə nəyə çıxıb? Nə deyəcək?

Sevil Nuriyevanı nağıllardakı kimi altdan geyindirib üstdən qıfılladıb hücuma hazırlamışdılar. Əlində, yalan olmasın, on-on beş qələmi nizə kimi tutmuşdu. Az qalırdı, qonaq bir yana, tamaşaçıların gözünü çıxarsın.

Aparıcı ilə qonaq arasında belə bir dialoq oldu:

- İsa bəy, etiraf edin ki, mitinq baş tutmadı.
- Bəli, hava şəraitinə görə, istədiyimiz kimi alınmadı.
- Bu o demək deyilmi ki, müxalifətin sosial dayaqları zəifdi?
- Sevil xanım, xahiş edirəm, mitinqdə səslənən şüarları təkrar edin.
- İsa bəy...
- Xahiş ediərm...
- İsa bəy, bilirsiniz...
- Xahiş edirəm...
- Çörək! Qarabağ! Azadlıq!
- Sizcə, bunu istəməyən azərbaycanlı var?
- Yox.
- Deməli, bütün xalq bizimlədir, mitinqə gəlib-gəlməmək o qədər də vacib deyil.

Və anladım ki, baş tutmayan aksiya ANS-də baş tutdu..."

Telejurnalist Sevil Nuriyevanın cavabı gecikməyib:

"Uzun illər sonra "Nəzər Nöqtəsi"nə və ismimə müraciət etmənizdən dolayı təşəkkür edirəm. Qələmimin sizin gözünüzə girdiyi üçün üzgünəm. Mənim etdiklərimin zərrəsini etməyən kişilərin cəsarətini ayaqda alqışlayıram. Bu arada çalışdığınız saytda İsa bəylə müsahibə niyə yayınlamırsınız? İsa bəy çox maraqlı müsahibdir. Sizi talayıb ordan sizə maaş verənlərinizə mənim etdiyimi edin, görəlim cəsarətin nə olduğunu. Bu statusu bəyənənlərin arasındakı dostlarımın da gözlərinin qələmimlə deşildiyini bu gün anlamış oldum. Ən azı bunun üçün faydalı status oldu".

AzNews.az