Azərbaycanda 25 yaşlı gənc itkin düşüb. Azərbaycanda 25 yaşlı gənc itkin düşüb.

25 yaşlı gənc itkin düşdü - FOTO

Azərbaycanda 25 yaşlı gənc itkin düşüb.


Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, İsmayıllının Şəbiyan kənd sakini Neman Şıxıyev Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan oğlu, 12.07.1991-ci il təvəllüdlü Vüqar Şıxıyev bu il yanvarın 19-da saat 10 radələrində evdən xəbərsiz çıxaraq gedib, bir daha geri qayıtmayıb.

Vüqar Şıxıyevinn xarakterik əlamətləri aşağıdakılardır: Boyu 177 santimetr, gözlərinin rəngi qəhvəyi, seyrək qara saçlı, yumru sifətlidir.

V.Şıxıyev evdən çıxan zaman əynində qara rəngli pencək və şalvar, ayağında çəkmə olub.

Onu görənlərdən və ya itkin düşmüş şəxs haqqında hər hansı məlumatı olanlardan DİN-in "102" Xidmətinə, həmçinin (050) 280-45-00, (055) 600-58-98, (0178) 5-44-87, (0178) 5-55-11 nömrəli telefonlara zəng vuraraq bu barədə xəbər vermələri xahiş olunur.