“LUKoyl”şirkətinə yeni vitse-prezident təyin olunub. “LUKoyl”şirkətinə yeni vitse-prezident təyin olunub.

Vahid Ələkbərov özünə yeni vitse-prezident təyin etdi

“LUKoyl”şirkətinə yeni vitse-prezident təyin olunub.


"LUKoyl" şirkətinin neft və qaz emalı və neft-kimya sahəsi üzrə vitse-prezidenti Tomas Müller vəzifəsindən azad olunub. Onun yerinə isə bu gündən Vadim Vorobyov təyin olunub.

Müllerin vəzifəsindən azad olunması təqaüdə çıxması ilə əlaqədardır.

Məlumata görə, bundan əvvəl Vadim Vorobyov şirkətin neft məhsullarının satışı üzrə koordinasiya blokuna rəhbərlik edib. O, 2002-2005-ci illərdə "Lukoyl-Volqanneftməhsul", 2005-2009-cu illərdə Rusiyada neft məhsullarının satışı üzrə koordinasiya idarəsinin vitse-prezidenti, 2009-2012-ci illərdə isə "Lukoyl" şirkətində neft məhsullarının satışı üzrə koordinasiya idarəsinin vitse-prezidenti, 2012-ci ildən etibarən isə neft məhsullarının satışı üzrə koordinasiya blokuna rəhbərlik edib.



Onun yerinə isə "LUKoyl Aero" şirkətinin baş direktoru Oleq Paşayev təyin olunub.

"LUKoyl"– neft şirkəti 1993-cü ildə Rusiya Federasiyası hökumətinin qərarı ilə yaradılıb. Nəhəng sənayemaliyyə kompleksinə malik olan "LUKOYL" şirkəti Rusiya, MDB və dünyanın bir çox ölkələrində neft məhsullarının hasilatı, emalı, satışı və kəşfiyyatı ilə məşğul olur. Şirkət 1993-cü ildən Azərbaycanda fəaliyyət göstərir.

Şirkətin prezidenti Azərbaycanlı milyarder Vahid Ələkbərovdur. 1993-cü ildən indiyədək "LUKoyl" şirkətinə prezidentlik edir. "Qərbi Sibirin dərinliklərinin öyrənilməsi və neft-qaz kompleksinin inkişaf etdirilməsinə görə" medalı ilə təltif olunub, iqtisad elmləri doktorudur. O, dünyada rəsmən milyarder kimi tanınan yeganə azərbaycanlıdır. 2006-cı ildə ABŞ-ın "Forbes" jurnalının tərtib etdiyi dünyanın ən varlı adamlarının - 793 milyarderin siyahısında 37-ci yeri tutub. Ələkbərovun sərvəti 11 milyard dollar həcmində qiymətləndirilir.

anspress.com