Əgər ailə üzləri arasında Turala uyğun donor tapılarsa, o zaman xəstəni əməliyyat etmək mümkün olacaq. Əgər ailə üzləri arasında Turala uyğun donor tapılarsa, o zaman xəstəni əməliyyat etmək mümkün olacaq.

Nazirlik Xocalı sakininə yardım edə bilmir

Əgər ailə üzləri arasında Turala uyğun donor tapılarsa, o zaman xəstəni əməliyyat etmək mümkün olacaq.


Bu barədə illərdir qaraciyər və dalağındakı xəstəliklərdən əziyyət çəkən Xocalı sakini Tural Salmanovun əməliyyatı ilə bağlı Mərkəzi Neftçilər Xəstəxanasının baş direktor müavini Nadir Mehdiyev bildirib. N.Mehdiyev hazırda xəstəxanada Tural Salmanova uyğun donorun olmadığını deyib:

"Bunun üçün də ilk növbədə ailə üzvləri rəsmi şəkildə, notarial qaydada müraciət etməlidirlər. Xəstənin əməliyyat olunması məhz ailə üzvləri arasında donor yoxlanılması aparıldıqdan sonra mümkün olacaq. Əgər uyğun donor tapılarsa, o zaman xəstə əməliyyat olunacaq. Ancaq o şərtlə ki, əməliyyatla bağlı bütün xərcləri Səhiyyə Nazirliyi öz üzərinə götürsün".

Məsələ ilə əlaqədar Səhiyyə Nazirliyinin mətbuat xidmətindən qeyd edildi ki, Səhiyyə Nazirliyi dövlət qurumu olduğuna görə təsərrüfat hesablı müəssisələrin fəaliyyətinə müdaxilə etmir.

Goranboyda yaşayan məcburi köçkün Tural Salmanov uzun illərdir qaraciyərində və dalağındakı xəstəliklərdən əziyyət çəkir.

Həmçinin, "Medikal Hospital" onun təmənnasız müayinəsini üzərinə götürüb. Amma Turalın vəziyyəti hələ də ağır olaraq qalır. Həkimlərin rəyinə görə, ona təcili qaraciyər köçürülməlidir.

Turalın ailəsi Səhiyyə naziri Oqtay Şirəliyevə, dövlət orqanlarına və xalqa müraciət edərək onsuz da sayı az qalmış Xocalı sakinlərindən daha birinin həyatdan vaxtsız getməsinə imkan verməməyə çağırır. Bu ailəyə kömək etmək istəyənlər Goranboy rayonu, Qaçqınlar qəsəbəsi, 1-ci bina, 4-cü blok, mənzil 56 ünvanına baş çəkə və yaxud 055 737 12 31 mobil nömrəsi ilə əlaqə saxlaya bilər.

Axar.az