Millət vəkili Q.Paşayeva MM-də Xocalı Soyqırımının dünyada daha geniş tanıdılması istiqamətində bir sıra təkliflərlə çıxış edib. Millət vəkili Q.Paşayeva MM-də Xocalı Soyqırımının dünyada daha geniş tanıdılması istiqamətində bir sıra təkliflərlə çıxış edib.

Millət vəkilindən Xocalı Soyqırımı ilə bağlı - Təkliflər

Millət vəkili Q.Paşayeva MM-də Xocalı Soyqırımının dünyada daha geniş tanıdılması istiqamətində bir sıra təkliflərlə çıxış edib.


Bu gün Milli Məclisdə keçirilən "Xocalı" soyqırımı beynəlxalq hüquq müstəvisində" adlı tədbirdə çıxış edən millət vəkili Q.Paşayeva Xocalı Soyqırımının dünyada daha geniş tanıdılması istiqamətində bir sıra təkliflərlə çıxış edib. Avropa paytaxtlarının birində beynəlxalq hüquq sahəsində tanınmış xarici mütəxəssislərin, araşdırmaçıların iştirakı ilə Xocalı Soyqırımına hüquqi qiymətlə bağlı böyük rezonans doğura biləcək beynəlxalq bir konfransın keçirilməsi çox vacibdir deyən millət vəkili Q.Paşayeva bildirib ki, Xocalıda mülkü hüquqları pozulmuş, işgəncələrə məruz qalmış, insan haqları pozulmuş ayrı-ayrı vətəndaşlarımızın Avropa İnsan Haqları məhkəməsinə müraciətlərinin artması istiqamətində işlərin genişlənməsi çox vacibdir.

Çıraqov və başqaları Ermənistana qarşı işi ilə bağlı Avropa Məhkəməsinin qərarı hüquqi olduğu qədər böyük siyasi gücə malikdir deyən millət vəkili Q. Paşayeva bildirib ki, Xocalı Soyqırımı ilə bağlı beynəlxalq məhkəmə imkanlarının geniş olmaması bizi ruhdan salmamalıdır və bütün imkanlardan istifadə edərək Xocalı soyqırımını törədənlərin ədalət qarşısında cavab verməsinə nail olmaq üçün yorulmadan işləmələyik. Millət vəkili Q. Paşayeva ölkəmizdə Xocalı Soyqırımı ilə bağlı xüsusi məhkəmənin keçirilməsinin vacibliyinə də toxunaraq bu istiqamətdə təklifləri dəstəkləyib və bildirib ki, bu beynəlxalq aləmdə də ciddi rezonans doğura bilər və bu məsələnin hüququ aspektləri qədər siyasi baxımdan da ciddi önəmi var.

Bağanıs Ayrım soyqırımı ilə bağlı kitab hazırladığı zaman Hərbi Prokurorluğun razılığı ilə materiallarla geniş tanış olduğunu deyən millət vəkili Q.Paşayeva bildirib ki, Hərbi prokurorluq, beynəlxalq təşkilatlarda təmsil olunan millət vəkilləri, QHT təmsilçilərinin iştirakı ilə bir işçi qrupunun yaradılması da vacib məsələdir. Hərbi prokurorluğun beynəlxalq təşkilatlarda çalışan millət vəkillərinə, QHT-lərə mütəmadi olaraq lazımi bütün məlumatları təqdim etməsi ilə beynəlxalq təşkilatlarda Azərbaycan nümayəndələri Ermənistanın Xocalıda məhz soyqırım törətməsi barədə fikirlər səsləndirən zaman bu arqumentlərə qarşı bütün səslənə biləcək bütün əks arqumentlərə tutarlı cavablar verilməsinə nail ola bilər.

Millət vəkili bildirib ki, beynəlxalq təşkilatlarda təmsil olunan nümayəndə heyətlərimiz təmsil olunduqları beynəlxalq təşkilatda Xocalıda Soyqırımına məruz qalan insanlarımızın yaxınları, hər iki valideynini itirmiş uşaqların iştirakı ilə dəyirmi masaların, görüşlərin, mətbuat konfranslarının keçirilməsinə və onların səsinin daha çox duyurulmasına daha çox çalışmalıdırlar. Beynəlxalq təşkilatlarda belə bir təcrübə var ki, hər hansı bir millət vəkili, komitənin dəvəti ilə ağır faciə ilə üzləşmiş bölgələrin nümayəndələri, təmsilçiləri, QHT-ləri dəvət olunur və onlarla görüşlər keçirilir.

Beynəlxalq təşkilatın birbaşa gündəliyində bu məsələ olmasa da beynəlxalq təşkilatın qərargahında keçirilən bu torpantılardan, verilən mesajlardan qurumda əksəriyyət xəbərdar olur və bu da məsələnin daha geniş ictimailəşməsinə səbəb olur. Və biz də bir təcrübədən daha geniş istifadə edərək Xocalıların beynəlxalq təşkilatlarda öz səslərini daha geniş duyurmalarına böyük önəm verməli və bu istiqamətdə də çalışmalarımızı daha da artırmalıyıq.