Bəzi hallarda vətəndaşların dövlət tərəfindən hansı xəstəliklər üzrə pulsuz dərmanlarla təmin olunmasında məlumatlı olmaması həkimlə pasiyent arasında mübahisələrə gətirib çıxarır. Əslində isə təsdiq olunmuş dövlət proqramı çərçivəsində bəzi xəstəliklər var ki, müalicəsində xəstələr pulsuz dərmanlarla təmin olunmalıdırlar. Bəzi hallarda vətəndaşların dövlət tərəfindən hansı xəstəliklər üzrə pulsuz dərmanlarla təmin olunmasında məlumatlı olmaması həkimlə pasiyent arasında mübahisələrə gətirib çıxarır. Əslində isə təsdiq olunmuş dövlət proqramı çərçivəsində bəzi xəstəliklər var ki, müalicəsində xəstələr pulsuz dərmanlarla təmin olunmalıdırlar.

Bu xəstələrə dərman pulsuz verilməlidir - Video

Bəzi hallarda vətəndaşların dövlət tərəfindən hansı xəstəliklər üzrə pulsuz dərmanlarla təmin olunmasında məlumatlı olmaması həkimlə pasiyent arasında mübahisələrə gətirib çıxarır. Əslində isə təsdiq olunmuş dövlət proqramı çərçivəsində bəzi xəstəliklər var ki, müalicəsində xəstələr pulsuz dərmanlarla təmin olunmalıdırlar.


AzNews.az xezerxeber-ə istinadən xəbər verir ki, dövlət tərəfindən verilən dərmanların siyahısının bəzi dövlət xəstəxanalarında məlumatverici löhvələrdə vurulmamasıdır.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, Nazirlər Kabineti tərəfindən səhiyyə üzrə təsdiq olunmuş 11 dövlət proqramı çərçivəsində bütün tibbi xidməti və dərman təchizatı əhaliyə dövlət hesabına təqdim edilməlidir.

Bəs dövlət proqramında hansı xəstəliklər üzrə dərman peraparatları pulsuz verilməlidir?

"Onkoloji xəstələrin şiş əleyhinə, "Hemofiliya və talassemiya irsi qan xəstəlikləri, "Şəkərli diabet, "Yoluxucu xəstəliklər, "Qanın, qan komponentlərinin donorluğu" və "Ana və uşaqların sağlamlığının qorunması üzrə Dövlət Proqramı" çərçivəsində xəstələr pulsuz dərmanla təmin olunmalıdır. Həmçinin,180-ə yaxın dərman vasitəsi ölkədə fəaliyyət göstərən imtiyazlı apteklərdən I, II qrup əlillər, Qarabağ və Böyük Vətən Müharibəsi əlilləri və digər vətəndaşlara pulsuz təqdim edilməlidir.

Eskpertlər deyir ki, əksər hallarda pasiyentlər xəstəliyin ağır formasında xəstəxanalara müraciət edirlər. Bu zaman isə dövlət hesabına verilən dərmanlar həmin xəstəliyin müalicəsi üçün kifayət etmir.