- Köhnə - Cəmiyyət
- 20 Fevral 2016 09:50
- 8 259
Ramil Usubovdan yeni rəis - Təyinatı

Gəncənin Kəpəz Rayon Polis İdarəsinə yeni rəis təyin olunub.
Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Azər Abbasəli oğlu Tağıyev Gəncə Şəhər Baş Polis İdarəsi Kəpəz Rayon Polis İdarəsinin rəisi təyin edilib. Azər Tağıyev indiyədək Salyan Rayon Polis Şöbəsinin əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb. Kəpəz Rayon Polis Idarəsinin sabiq rəisi Ağahüseyn Məmmədov bir müddət əvvəl yaş həddi ilə əlaqədər təqaüdə göndərilib.
Kəpəztv.az