Anar Məmmədovun şirkəti bağlandı

“Qarant Sığorta” Açıq Səhmdar Cəmiyyəti (VÖEN:1401165061) ləğv olunduğunu elan edir.


Bu haqda Vergilər Nazirliyindən Məlumat verilib.

Qeyd olunub ki, kreditorlar tələblərini Bakı şəhəri, Sarabski küçəsi, məhəllə 657, Garant Holdinq binasının 6-cı mərtəbəsi ünvanına bildirə bilərlər.

Qeyd edək ki, "Qarant Sığorta"nın təsisçisi nəqliyyat naziri Ziya Məmmədovun oğlu Anar Məmmədovdur.

Modern.az