Azneft” İstehsalat Birliyində 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi keçirilib. Azneft” İstehsalat Birliyində 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi keçirilib.

“Günəşli” yatağı ilin sonuna kimi istifadəyə veriləcək

Azneft” İstehsalat Birliyində 2015-ci ilin texniki-iqtisadi göstəricilərinə dair hesabat müşavirəsi keçirilib.


AzNews.az SOCAR-ın rəsmi saytına istinadən xəbər verir ki, tədbiri giriş sözü ilə açan Birliyin Baş direktoru Daşqın İskəndərov ümumiyyətlə 2015-ci ili uğurlu hesab etsə də, dünya iqtisadiyyatındakı böhranın, neft qiymətlərinin kəskin düşməsinin bütünlüklə SOCAR-ın fəaliyyətinə təsirlərindən danışıb. O, hazırkı vəziyyət nəzərə alınmaqla ölkə iqtisadiyyatına maksimum töhfə verilməli olduğunu diqqətə çatdııb.

Baş direktorun birinci müavini, Baş mühəndis Balamirzə Ağarəhimov 2015-ci ilin neft-qaz hasilatı sahəsində görülmüş işlərdən danışmış, qarşıya qoyulmuş tapşırıqların icrası barədə geniş məlumat verib, hasilatın stabilləşdirilməsi istiqamətində görülən tədbirlərdən, tətbiq edilən yeni texnologiyalardan söz açıb. "Azneft" İstehsalat Birliyinin ötən il üzrə iqtisadi göstəriciləri müzakirə olunub, 2016-cı ildə qarşıda duran vəzifələr müəyyənləşdirilmişdir. Təbirdə Baş direktorun müavinləri çıxış edərək ötən il ərzində kapital qoyuluşları və layihələrin həyata keçirilməsi, əməyin mühafizəsi, istehsalat proseslərində texniki təhlükəsizliyin təmin edilməsi, təchizat, nəqliyyat sahələrində görülmüş işlər barədə hesabat veriblər. Yekun nitqi söyləyən Baş direktor Daşqın İskəndərov 2016-cı ilin neft sənayesi üçün vacib bir il olacağını söyləmiş, hasilat səviyyəsinin yüksəldilməsi istiqamətində səylərin daha da artırılmasının, yüksək peşəkarlığa malik kadrların irəli çəkilməsinin vacibliyini qeyd edib. O, 2016-cı il üçün vacib məsələlərdən biri kimi yarımçıq qalmış tikililərin başa çatdırılması, qəza baş verən "Günəşli" yatağındakı 10-cu özülün bərpası barədə tapşırıqlarını verib.

Vurğulanıb ki, cari ilin sonuna kimi 10 saylı özüldəki quyuların təmir olunaraq istismara verilməsi nəzərdə tutulub. İstehsalatda bədbəxt hadisələrin, qəzaların baş verməməsi üçün mütəmadi yoxlamaların keçiriləcəyi qeyd edilib, yeni özüllərin, meydançaların tikintisinin nəzərdə tutulduğu bildirilib.