Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı Xorvatiyanın ən çox oxunan “Jutarni List” qəzetində xorvat dilində “Xocalıda günahsız insanlara qarşı törədilmiş cinayət tanınmalıdır” sərlövhəli məqalə dərc edilib. Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı Xorvatiyanın ən çox oxunan “Jutarni List” qəzetində xorvat dilində “Xocalıda günahsız insanlara qarşı törədilmiş cinayət tanınmalıdır” sərlövhəli məqalə dərc edilib.

Xocalı soyqırımı ilə bağlı məqalə - Xorvatiyanın nüfuzlu qəzetində

Xocalı faciəsinin 24-cü ildönümü ilə bağlı Xorvatiyanın ən çox oxunan “Jutarni List” qəzetində xorvat dilində “Xocalıda günahsız insanlara qarşı törədilmiş cinayət tanınmalıdır” sərlövhəli məqalə dərc edilib.


AzNews.az xəbər verir ki, Azərbaycanın Xorvatiyadakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə Xocalı soyqırımının Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olduğu qeyd edilib, Ermənistan tərəfindən ölkəmizə və xalqımıza qarşı yürüdülən işğalçılıq və etnik təmizləmə siyasəti, onun ağır nəticələrindən bəhs olunub. Yazıda 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində XX əsrin ən dəhşətli faciələrindən birinin baş verdiyi, erməni silahlı qüvvələrinin dinc əhaliyə qarşı misli görünməmiş soyqırım törətməsi vurğulanıb.

Məqalədə erməni silahlı qüvvələrinin sovet ordusunun 366-cı motoatıcı alayının silahlı texnikasının köməyi ilə Xocalıda törətdikləri qanlı qırğın nəticəsində 613 dinc sakinin qətlə yetirilməsi, 487 nəfərin yaralanması, 1275 şəxs əsir götürülməsi, 150 nəfərin itkin düşməsi qeyd olunub. Xocalı şəhərinə təşkil olunmuş silahlı hücum zamanı erməni silahlı qüvvələrinin mülki əhaliyə qarşı törətdiyi əməllərin Cenevrə Konvensiyasının və BMT Baş Assambleyası tərəfindən 1948-ci il 10 dekabr tarixində qəbul edilmiş "İnsan Hüquqları haqqında Ümumi Bəyannamə"ni və BMT Baş Assambleyası tərəfindən 1974-cü il 14 dekabr tarixində elan olunmuş "Qadın və uşaqların fövqəladə hallarda, silahlı münaqişələr dövründə müdafiəsi haqqında Bəyannamə"ni kobud şəkildə pozduğu vurğulanıb.

Məqalədə Xocalı soyqırımının əsl mahiyyətinin açıqlanmasında və dünya ictimaiyyətinə çatdırılmasında ümummilli lider Heydər Əliyevin rolu xüsusi qeyd edilib. Məhz Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 1994-cü il 1 mart tarixində Xocalı soyqırımı haqqında xüsusi sərəncam və 1997-ci il 25 fevral tarixində Xocalı soyqırımı qurbanlarının xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi barədə razılıq imzalaması vurğulanıb. Yazıda Ulu Öndərin təşəbbüsü ilə Azərbaycan Milli Məclisinin 1994-cü il 24 fevral tarixli qərarına əsasən 26 fevralın "Xocalı soyqırımı günü" elan olunduğu diqqətə çatdırılıb.

Məqalənin yekununda Xocalı soyqırımını törədənlərin cinayət məsuliyyətinə cəlb olunaraq beynəlxalq məhkəmə qarşısında cavab verməli olduğu qeyd edilib.