Rusiyanın "Rossiya 1" (“Россия 1”) və "Moya Planeta" (“Моя Планета”) telekanallarının nümayəndələri Azərbaycanda səfərdədir. Rusiyanın "Rossiya 1" (“Россия 1”) və "Moya Planeta" (“Моя Планета”) telekanallarının nümayəndələri Azərbaycanda səfərdədir.

Rusiya telekanalları Azərbaycanla bağlı film çəkirlər

Rusiyanın "Rossiya 1" (“Россия 1”) və "Moya Planeta" (“Моя Планета”) telekanallarının nümayəndələri Azərbaycanda səfərdədir.


Mədəniyyət və Turizm Nazirliyindən AzNews.az-a verilən məlumata görə, səfərdə məqsəd respublikamızın turizm potensialını əks etdirən filmin istehsalı və "Rossiya 1", "Moya Planeta" telekanallarında yayımlanan "Aleksandr Pryanikovla dünya bazarı" ("Мировой рынок с Александром Пряниковым") televiziya layihəsi üçün ölkəmizdə çəkilişlərin aparılmasıdır.

Səfər zamanı Rusiyanın çəkiliş qrupunun 2016-cı ilin 26 fevral - 1 mart tarixlərində ölkəmizin zəngin turizm potensialı, milli mətbəximiz və tarixi abidələr haqqında çəkilişlərin aparılması nəzərdə tutulub.

Çəkilişlər Bakının tarixi hissəsi olan İçərişəhərdə Qız qalası, Şirvanşahlar sarayında, şəhərimizin görməli yerlərində, milli mətbəx nümunələrini təklif edən restoranlarda, iri ticarət mərkəzlərində və s. yerlərdə aparılacaq.