Xalq artisti Muxtar Manıyevin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin intensiv terapiya şöbəsində davam etdirilir. Xalq artisti Muxtar Manıyevin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin intensiv terapiya şöbəsində davam etdirilir.

Xalq artisti komadan çıxdı

Xalq artisti Muxtar Manıyevin müalicəsi Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin intensiv terapiya şöbəsində davam etdirilir.


Bunu aktyorun həkimi Elmira Cəfərova bildirib. Həkim M. Manıyevin komadan çıxdığını və vəziyyətinin stabil olduğunu açıqlayıb: "Muxtar Manıyev xəstəxanaya ağır vəziyyətdə - şəkərli ateroskleroz, kardoskliroz, mikro-makro-angiopatiya ilə daxil olmuşdu. Aşağı sol ətrafında trafik xora yarası vardı. Şəkəri çox aşağı düşmüşdü. Bu da onun vəziyyətini daha da ağırlaşdırmışdı. Şəkərlə əlaqədar koma vəziyyətində idi. Lakin biz onu ağır vəziyyətdən çıxardıq. Vəziyyəti stabildir, huşu aydındır. Verilən suallara düzgün cavab verir".

Həkim qeyd edib ki, qarşıdakı iki gün ərzində aktyorun vəziyyəti yaxşılaşarsa, birinci gün palataya köçürülə bilər.

Lent.az