Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqdədi rayonunda qeydə alınır. Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqdədi rayonunda qeydə alınır.

Ən çox cinayət törədilən rayonların adları açıqlandı - Siyahı

Bakı şəhərinin rayonları üzrə ən çox cinayət hadisələri Binəqdədi rayonunda qeydə alınır.


2014-cü ildə Bakı şəhəri üzrə cəmi 12 288 cinayət qeydə alınıb. Bu rəqəm 2013-cü ildə 10 984, 2000-ci ildə 5 539 olub.

2014-cü ildə Binəqədi rayonunda 1 504 cinayət qeydə alınıb. 2013-cü ildə bu rəqəm 1 414, 2000-ci ildə 516 olub.

Xətai rayonunda qeyd olunan il 1 344 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 679 olub.

Bakı şəhərinin rayonları üzrə ən az cinayət Səbail rayonunda qeydə alınır. Belə ki, 2014-cü ildə bu rayonda 700 cinayət qeydə alınıb. 2000-ci ildə bu göstərici 531 olub.
Suraxanı rayonunda qeydə alınan cinayətlərin sayı isə sürətlə artıb. 2000-ci ildə rayonda 336 cinayət qeydə alındığı halda, 2014-cü ildə bu rəqəm 849 olub.

Eləcə də Sabunçu rayonunda 2000-ci ildə 454, 2014-cü ildə 1148 cinayət qeydə alınıb.
Nizami rayonunda 2000-ci ildə 457, 2014-cü ildə isə 1 202 cinayət qeydə alınıb.

Nərimanovda 2000-ci ildə 554, 2014-cü ildə 1 080, Nəsimi rayonunda 2000-ci ildə 731, 2014-cü ildə 1 483 cinayət qeydə alınıb. Yasamalda bu göstərici son 10 ildə 681-dən 1 325-ə yüksəlib.

Report.az