Aktual.az – 2 yaş

Bu gün Aktual.Az saytının fəaliyyətə başlamasından iki il ötür.


AzNews.az-ın məlumatına görə, Aktual.Az xəbər portalı 2014-cü ilin mart ayında yaradılıb. Sayta öncə teleaparıcı Anar Yusifoğlu, daha sonra isə tanınmış jurnalist Azər Niftiyev rəhbərlik edib.

Sayt qısa bir zamanda geniş oxucu auditoriyası toplayıb və ölkənin aparıcı media orqanlarından birinə çevrilib.

Artıq iki ildir ki, ölkənin bir sıra tanınmış imzaları - siyasi xadimlər, müstəqil siyasi şərhçilər, jurnalistlər Aktual.Az-la əməkdaşlıq edir.

Sayt 2015-ci ildə Mətbuat Şurasının üzvlüyünə qəbul edilib.